azadses.az » Dünya » Dövlət Departamenti rəsmisi ABŞ-ın Azərbaycana qarşı ayrı-seçkiliyi barədə sualına cavabdan yayınıb - EKSKLÜZİV

Dövlət Departamenti rəsmisi ABŞ-ın Azərbaycana qarşı ayrı-seçkiliyi barədə sualına cavabdan yayınıb - EKSKLÜZİV

ABŞ Prezidenti Cozef Bayden administrasiyası ölkə tarixində ilk dəfə islamofobiya ilə mübarizə üçün milli strategiya hazırlayacağını açıqlayıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, Ağ Ev-in bir qədər əvvəl yaydığı açıqlamada qeyd olunur ki, hökümət islamofobiya və nifrətin bütün formalarına qarşı mübarizə aparacaq strategiya hazırlamaq üçün icma liderləri, vəkillər, Konqres üzvləri ilə birlikdə iş birliyindədir.

İslamofobiya ilə mübarizə üzrə ABŞ-ın ilk milli strategiyası son illər dünyada müsəlmanlara qarşı artan nifrət fonunda alqışlanan yenilik olsa da, bəzi şərhçilər Birləşmiş Ştatlarda artan islamofobik meyllərin ölkənin xarici siyasi qərarlarına təsir etməsi qənaətindədir.

Bu xüsusda ABŞ-ın Ermənistan və Azərbaycanda keçmiş münaqişənin təsirinə məruz qalmış şəxslərə humanitar yardımın göstərilməsi ilə bağlı ikili standartları misal kimi göstərilə bilər.

"Report"un ABŞ bürosu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerə ölkənin islamofobiya ilə mübarizə üzrə hazırlanan ilk milli strategiyası ilə bağlı sual ünvanlayıb. Ermənistanla müqayisədə Azərbaycana qarşı humanitar yardımların göstərilməsində edilən ayrı-seçkiliyin islamofobiya əlaməti kimi qeyd olunmaqla Dövlət Departamentindən bunun izahı istənilib. Bundan başqa, qəbul ediləcək islamofobiya ilə mübarizə strategiyasının ABŞ-ın xarici siyasətinə təsir edib-etməyəcəyi də sorğulanıb.

Sözçü bildirib ki, “Birləşmiş Ştatlar hər yerdə cəsarətlə müsəlmanlara qarşı nifrətə qarşı mübarizə aparır”: "Dinə və ya inanca əsaslanan bu nifrətlərlə üzləşmək geniş yayılıb. Eyni zamanda bunun insan hüquqlarından azad və bərabər şəkildə istifadə edilməsinin qarşısını alan digər siyasət və prioritetlərlə necə kəsişdiyini anlamalıyıq. Müsəlmanlara qarşı nifrət, ayrı-seçkilik və zorakılıq təkcə müsəlmanları incitmir. Çünki bu, çox vaxt müsəlmanlar, terrorizm, ksenofobiya, irqçilik arasındakı qavrayışlar və yanlış fərziyyələrlə sıx bağlıdır.

Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərə humanitar yardımın göstərilməsi ilə bağlı ikili standartlara gəlincə, sözçü qeyd edib ki, Birləşmiş Ştatlar qaçqınların məskunlaşdırılması da daxil olmaqla, beynəlxalq humanitar tədbirlərdə qlobal liderdir və bundan sonra da belə olacaq: "Biz dünyanın ən həssas təbəqələrinə təhlükəsiz sığınacaq və humanitar yardım proqramlarına ayrı-seçkilik olmadan təhlükəsiz çıxış təqdim etməyə davam edəcəyik".

Göründüyü kimi, ünvanlanmış sual konkret məqamlara toxunulmadan mahiyyət üzrə cavablandırılmayıb. Eyni zamanda, ABŞ Dövlət Departamentinin sözçüsü "Report"un ABŞ bürosuna qeyd edilən suallarla bağlı Ağ Ev-in mətbuat xidmətinə müraciət olunmasını xahiş edib. Yaxın zamanda müvafiq mövzuda Ağ Ev-in də yanaşmasının yayımlanması nəzərdə tutulub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  2. 65 yaşlı kişini ilan sancdı
  3. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  4. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  5. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  6. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  7. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  8. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  9. Bakıda yol qəzası olub, xəsarət alan var
  10. Talış Dağlıq zonasında güclü zəlzələ olub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”