ABŞ Prezidenti ölkədə ən böyük terror təhlükəsinin “ağların üstünlüyü” olduğunu bildirib
- 14-05-2023, 21:13
- Dünya
ABŞ Prezidenti Cozef Bayden qaradərili tələbələrin üstünlük təşkil etdiyi Hovard Universitetinin buraxılış mərasimində çıxış edib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti ölkədə ən böyük terror təhlükəsinin “ağların üstünlüyü” olduğunu bildirib.
Co Bayden bu bəyanatları təkcə tarixən qaradərililərin üstünlük təşkil etdiyi məktəblərdə deyil, həmişə və hər yerdə gündəmə gətirdiyini bildirib.
Çıxışında ABŞ-ni daxili qarşıdurmalardan sarsılan bir millət kimi xarakterizə edən Bayden tələbələri “millətin ruhu üçün mübarizə aparmağa” çağırıb.
Baydenin irqçiliyə qarşı çıxışlarına baxmayaraq, bəzi tələbələrin əllərində "Bayden və Harris qaradərililərlə maraqlanmır" və "Ayağa qalxın, döyüşün, qaralar hücuma məruz qalır" yazılı pankartlar qaldırması diqqət çəkib.