Sloveniya parlamenti əcnəbilər haqqında qanuna dəyişiklikləri təsdiqləyib
- 8-11-2023, 11:02
- Dünya
Sloveniya Dövlət Assambleyasının (parlamentin aşağı palatası) deputatları əcnəbilər haqqında qanuna dəyişiklik edilməsinə yenidən səs verib.
“Report” xəbər verir ki, iclasda 52 deputat (mütləq çoxluq - Qeyd) əcnəbilər haqqında qanuna dəyişikliklərin qəbul edilməsinə səs verib.
Qanuna əsasən əcnəbinin ailəsinə qovuşmaq hüququna malik olduğu müddət iki ildən bir ilə endiriləcək və sloven dilini bilmək məcburi olacaq.
Belə ki, A1 səviyyəsində dil biliyi olan əcnəbi işçilərin ailə üzvləri üçün yaşayış icazələrinin uzadılması şərti “sağ qalmaq” adlanan səviyyəyə dəyişdiriləcək ki, bu da öz növbəsində müxtəlif gündəlik vəziyyətlərdə ünsiyyət qurmaq bacarığından ibarətdir.
Noyabrın 2-də Sloveniya Dövlət Şurasının (parlamentin yuxarı palatası) üzvləri əcnəbilər haqqında qanuna edilən bu düzəlişlərə oktyabrın 26-da Dövlət Assambleyası tərəfindən təsdiq edildikdən sonra veto qoyublar.