Fələstin-İsrail münaqişəsinin gərginləşdiyi gündən indiyədək 29 jurnalist həlak olub
- 28-10-2023, 08:52
- Dünya
Fələstin-İsrail münaqişəsinin qızışdığı gündən bu yana 29 jurnalist həlak olub.
Ən azı 29 jurnalist gərginləşən Fələstin-İsrail münaqişəsinin qurbanı olub.
"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Jurnalistlərin Müdafiə Komitəsi bildirib.
“2023-cü il oktyabrın 7-dən 27-dək hər iki tərəfdən öldürülən 8 mindən çox insanın siyahısına azı 29 jurnalist daxil edilib”, - hesabatda qeyd olunur. Təşkilat aydınlaşdırır ki, bu, Komitənin 1992-ci ildə məlumat toplamağa başlamasından bu günədək jurnalistlər üçün ən ağır dövrdür.
“Xəbər agentlikləri Qəzza zolağında öz ekipajları və müxbirləri ilə əlaqəni itirdikcə, dünya reallığı görmək imkanını əldən verir”, - açıqlamada deyilir.