Ukraynada müharibədə ölən jurnalistlərin sayı açıqlanıb
“Təəssüf ki, Ukraynada gedən genişmiqyaslı müharibə dövründə 70-dən çox media işçisi və jurnalist həlak olub”.
Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Milli Jurnalistlər İttifaqının prezidenti Sergiy Tomilenko bildirib.
O qeyd edib ki, həlak olan bu 70 nəfər üç kateqoriyaya bölünür. Bunlar Krımda öz peşə borcunu yerinə yetirərkən həlak olmuş 15 jurnalist, digər 2 qrup isə jurnalistika fəaliyyətində və mülki həyatda olan qurbanlardır.
"Məsələn, o zaman Mariupolda həlak olanların arasında Ukrayna Silahlı Qüvvələrinin sıralarına səfərbər edilmiş jurnalist olan əsgərlər var və biz bu siyahını özümüzdə saxlayırıq. Çünki, əslində, bu xain müharibə olmasaydı, bu jurnalistlər və media işçiləri işlərinə davam edərdilər”, - deyə İttifaq prezidenti vurğulayıb.
Tomilenko qeyd edib ki, həlak olan 70 nəfər ancaq ukraynalı jurnalistlər deyil: "Onların arasında xarici jurnalistlər də var, Belə ki, Litva, ABŞ, Fransa və Böyük Britaniyadan olan media nümayəndələri də Ukraynada həlak olublar".
Sergiy Tomilenko əlavə edib ki, müharibəyə görə Ukraynada yaranan iqtisadi səbəblərlə əlaqədar ölkədə redaksiyaların üçdəbiri fəaliyyətini dayandırıb. Onların əksəriyyəti vilayətlərdə olan mətbuat orqanlarıdır.