Polis yoqa ilə məşğul olan qrupu qətliam qurbanları ilə səhv saldı
- 10-09-2023, 22:00
- Dünya
İngiltərədə adi yoqa dərsi polis tərəfindən dayandırılıb. Yerdə yatan tələbələri qətliam qurbanları ilə səhv saldıqları üçün onları hadisə yerinə çağırıblar.
Linkolnşirin Sent-Leonard şəhərciyində baş verən maraqlı hadisə barədə “Seascape” kafesinin sahibləri öz Facebook qruplarında məlumat veriblər.
“Əgər kimsə dünən saat 21:30-da (Bakı vaxtı ilə 00:30-da - red.) polis sirenlərinin səsini eşidibsə, narahat olmamağınızı xahiş edirik. Kimsə binamızda bir neçə nəfərin yerdə uzandığını görüb qətliam barədə məlumat verdikdən sonra polislər rəsədxanaya gediblər. Əslində isə orada yoqa qrupunun meditasiya etdiyi məlum olub”, - deyə kafenin açıqlamasında bildirilir.
Kafe Şimal dənizinin sahilində rəsədxananın binasında yerləşir. Müəssisənin sosial şəbəkə hesabında burada tez-tez sərgilərin, həmçinin axşamlar yoqa dərslərinin keçirildiyi deyilir. Onun sahibləri ziyarətçilərdən bu barədə unutmamağı və dərslərdə iştirak edənləri “bir növ dəli kult və ya dəlilər klubu” hesab etməməyi xahiş edirlər.
Yoqa təlimçisi Milli Lous “Seascape Café”də yeddi tələbəyə dərs keçdiyini deyib. Onun sözlərinə görə, dərs başa çatmaq üzrə idi, və o, otaqda şam yandırıb, tələbələrdən “savaşana” və ya “cəsəd pozası” almağı xahiş edib, özü də ənənəvi qaydada dəfə vurmağa başlayıb. Bu zaman o, yanında itləri olan iki nəfərin kafenin pəncərələrindən içəri baxdığını görsə də, buna əhəmiyyət verməyib.
“Yalnız biz gedəndən sonra bildim ki, bu adamlar zəng edərək qətliam barədə məlumat veriblər. Guya əynində plaş olan bir nəfər gəzərək mənim tələbələrimin üzərindən addımlayır, sanki bu bir növ ritualdır və yerdəki insanlar əslində ölüblər", - deyə Lous bildirib.
Linkolnşir polisinin nümayəndəsi bildirib ki, onlar polisləri yaxşılıq etmək niyyəti ilə çağırıblar.
“Rəsədxananın ziyarətçilərinin səhhəti ilə bağlı narahatlığa görə bizə zəng gəldi. Zənglə əlaqədar olaraq hadisə yerinə polis zabitləri gəlib və biz məmnuniyyətlə bildiririk ki, hər kəs sağ-salamat olub”, - deyə polis əməkdaşı bildirib.
“Axşam orada bizi görən hər kəsə həqiqətən çox acıyıram, hər halda onlar dəhşət içində olublar. Buna görə də mən onları başa düşürəm”, - deyə Lous bildirib.
Mənbə: Insider