Departament rəsmisi: "İranın 60 faizədək zənginləşdirilmiş uranının dinc məqsəd üçün olması inandırıcı deyil”
- 6-09-2023, 08:01
- Dünya
“Biz açıq şəkildə bildirmişik ki, İranın 60 faizədək zənginləşdirilmiş uranının dinc məqsəd üçün olması inandırıcı deyil”.
“Report” “Amerikanın səsi”nin fars redaksiyasına istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib.
Vedant Patel Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın atom enerjisi ilə bağlı hesabatını şərh etməkdən imtina edib: “Biz İranın uranı 60 faizədək zənginləşdirməsinə dair mətbuatda yayılan məlumatlarla tanışıq. Ancaq AEBA-nın məruzəsi açıqlanmadığı üçün onu şərh edə bilmərik. Dünyada heç bir ölkə 60 faizədək zənginləşdirilən uranı dinc məqsəd üçün istifadə etmir”.