Çin: ABŞ və müttəfiqlərinin təlimləri müharibəyə səbəb ola bilər
- 26-08-2023, 09:31
- Dünya
ABŞ və müttəfiqlərinin Koreya yarımadasında keçirdiyi hərbi təlimlər nəticədə müharibəyə səbəb ola bilər.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Çinin BMT-dəki səfirinin müavini Qen Şuan beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının iclasında deyib.
"İndi biz Təhlükəsizlik Şurasında danışdığımız kimi, ABŞ və onun müttəfiqləri hərbi təlimlər keçirir. Bu hərəkətlər qarşılıqlı etimadı təşviq etməyəcək və yarımadada sülh mexanizminin yaradılmasına gətirib çıxarmayacaq", - diplomat bildirib.
Onun sözlərinə görə, təlimlər gərginliyi daha da gücləndirəcək, qarşıdurma və münaqişə riskini artıracaq, bu, "sonda hətta müharibəyə də səbəb ola bilər”.
Qen Şuan bütün tərəfləri balanslı və ehtiyatlı davranmağa çağırıb.