Avropa və Asiyanın dənizə çıxışı olmayan, inkişaf etməkdə olan ölkələri üçün tərəqqi yolunun açılması - MƏQALƏ
- 24-08-2023, 13:29
- Dünya
BMT Baş katibinin müavini və ən az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri üzrə ali nümayəndəsi Rabab Fatimə “Avropa və Asiyanın dənizə çıxışı olmayan, inkişaf etməkdə olan ölkələri üçün tərəqqi yolunun açılması” adlı məqalə yazıb.
“Report” məqaləni təqdim edir:
Avropa və Asiyanın dənizə çıxışı olmayan, inkişaf etməkdə olan ölkələri (LLDC) inkişaf yolunun önəmli mərhələsində dayanırlar. Onlar dənizə birbaşa çıxışın olmaması, coğrafi uzaqlıq, habelə dünya ticarəti və qlobal dəyər zəncirləri ilə inteqrasiyanın olmamasından irəli gələn mürəkkəb inkişaf problemləri ilə üzləşirlər. Onlar yüksək ticarət xərcləri, məhdud nəqliyyat infrastrukturu, eləcə də çətin sərhəd və gömrük qaydaları ilə üzləşirlər. Bu amillər də onların ixrac əməliyyatlarında rəqabət qabiliyyətini zəiflədir və iqtisadi artımına mane olur. COVID-19 pandemiyasının təsirləri ilə yanaşı, ekstremal hava hadisələri, geosiyasi gərginliklər və qlobal makroiqtisadi tənəzzül əvvəldən də mövcud olan struktur problemlərini daha da mürəkkəbləşdirərək, son onillikdə çətinliklə qazanılmış nailiyyətlərin bir qismini heçə çevirib.
Bu durumda nə etməliyik?
Üzləşdiyimiz problemlər ciddidir, amma Avropa və Asiyanın LLDC-ləri üçün inkişaf yolunu yenidən formalaşdırmaq üzrə bir fürsət pəncərəsi mövcuddur. Gələn il dünya liderləri LLDC-lərdə yaşayan yarım milyarddan çox insanın dolanışıq imkanlarını yaxşılaşdırmaq məqsədilə yeni fəaliyyət proqramını razılaşdırmaq üçün Ruandanın Kiqali şəhərində toplaşacaqlar. Bu mühüm konfrans ərəfəsində Birləşmiş Millətlər Təşkilatı bu həftə Banqkokda keçirilən və Azərbaycanın da daxil olduğu Avropa və Asiyadan olan 14 LLDC, habelə onların tranzit qonşuları, inkişaf tərəfdaşları və digər maraqlı tərəfləri bir araya gətirən tədbirdə iştirak edəcək. İclasda 2014-cü ildə razılaşdırılmış və dənizə çıxışı olmayan ölkələrin iqtisadiyyatlarını yaxşılaşdırmaq üçün inkişaf sahələrini əks etdirən LLDC-lər üçün Vyana Fəaliyyət Proqramının (VPoA) icrasının hərtərəfli nəzərdən keçirilməsi nəzərdə tutulur. İclasda, həmçinin növbəti Fəaliyyət Proqramının formalaşdırılması üçün prioritetlər müzakirə olunacaq. Avropa və Asiya üçün bu prioritetlərə digər mühüm elementlərlə yanaşı, aşağıdakı beş əsas sahə daxil edilməlidir.
Tranzit və ticarətin asanlaşdırılması
Avropa və Asiyanın LLDC-lərinin qlobal ticarət landşaftına və dəyər zəncirlərinə daha yaxşı inteqrasiyası aktual olaraq qalır. LLDC-lərə qarşılıqlı razılaşdırılmış şərtlər əsasında qonşu ölkələrlə sərbəst hərəkət etməyə imkan verən tranzit azadlığı buna nail olmaq üçün əsas şərtdir. LLDC-lərə beynəlxalq bazarlara maneəsiz çıxışı təmin etməklə yaranan tranzit azadlığı Avropa və Asiya LLDC-lərinə öz iqtisadiyyatlarını şaxələndirməyə, investisiyaları cəlb etməyə və qlobal ticarət şəbəkələrinə inteqrasiya etməyə yardımçı ola bilər. Bu da öz növbəsində tranzit ölkələrə əlaqələrin genişlənməsi, habelə ticarət və regional inteqrasiya potensialından yararlanmağa kömək edəcək.
Bir pəncərəli sərhəd postları, SMART dəhlizlər və intellektual nəqliyyat sistemləri (İTS) kimi səmərəli sərhəd infrastrukturunun yaradılması da onların ticarəti artırması üçün heç də az əhəmiyyətli deyil. Bu tədbirlər malların hərəkətini asanlaşdırmaq və sürətləndirməklə yanaşı, məhdudiyyətlər və ticarət xərclərini azaltmaq potensialına malikdir. Mərkəzi Asiyada qədim İpək Yolu ticarətinin əsas seqmenti kimi tarixi əhəmiyyətə malik olan altı LLDC – Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan – Çin, Avropa və digər regionlar arasında malların daşınması üçün tranzit ölkələr kimi hələ də mühüm rol oynayır. Bu ölkələrdə nəqliyyat şəbəkələri və logistika infrastrukturunun inkişafı bütün regionda ticarətə müsbət təsir göstərəcək. Lakin LLDC-lərdə və onların tranzit qonşularında adekvat infrastruktur olmadan, eləcə də əlaqəni artırmaq üçün daha güclü tərəfdaşlıq və əməkdaşlıq olmadan bunların heç biri mümkün olmayacaq.
İnfrastrukturun inkişafı
İnfrastrukturun inkişafı LLDC-lərin üzləşdiyi coğrafi problemlər və digər struktur məhdudiyyətlərin aradan qaldırılması üçün katalizatordur. Avtomobil, dəmir yolu və hava şəbəkələri də daxil olmaqla, adekvat və qorunan infrastruktur mallar və insanların sərhədlər arasında səmərəli hərəkətini asanlaşdıra, nəqliyyat xərclərini və tranzit vaxtlarını azalda bilər. İT infrastrukturu isə rəqəmsal həllər, ticarət proseslərinin optimallaşdırılması, iqtisadi şaxələndirmənin gücləndirilməsi və elektron ticarət potensialından istifadə üçün həyati əhəmiyyət kəsb edir. Asiya Magistral Şəbəkəsi, Trans-Asiya Dəmir Yolu Şəbəkəsi və Avro-Asiya Nəqliyyat Bağlantıları kimi bir çox Avro-Asiya LLDC-ləri arasında nəqliyyat şəbəkələrinin təkmilləşdirilməsində əldə olunmuş nailiyyətləri vurğulamaq vacibdir. Bununla belə, Avropa və Asiyada bir neçə LLDC qeyri-adekvat infrastruktur və müxtəlif nəqliyyat növləri arasında əlaqələrin olmamasından əziyyət çəkir. İnfrastrukturun inkişafına, xüsusilə də dayanıqlı nəqliyyat şəbəkələrinə sərmayə yatırımlarının prioritetləşdirilməsi LLDC-lərdən xammal və hazır məhsulların qlobal bazarlara səmərəli şəkildə daşınmasına, bununla da əlavə dəyərin artmasına və yeni istehsal sektorlarının böyüməsinə kömək edəcək.
İqtisadiyyatların şaxələndirilməsi və rəqəmsal texnologiyaların tətbiqi
LLDC-lər texnoloji irəliləyişləri mənimsəyərək daha çoxşaxəli və dayanıqlı iqtisadiyyatlar yaratmalıdırlar. LLDC iqtisadiyyatlarının şaxələndirilməsi əmtəə qiymətlərinin dəyişməsi və bazardakı qeyri-müəyyənliklər ilə bağlı riskləri azaltmağa kömək edəcək və ədalətli böyümə və inkişaf üçün daha sabit bir yol təmin edəcək. Məhdud daxili bazarların yaratdığı çətinlikləri aradan qaldırmaq yolunda regional və dünya miqyasında dəyər zəncirləri ilə əlaqə yaratmaq üçün hər imkan nəzərdən keçirilməlidir. LLDC-lər, həmçinin yerli müəssisələrə qlobal bazarlara satış imkanı verən yeni texnologiyaları araşdırmalıdır. Onlayn bizneslər və rəqəmsal xidmətlərdə daha çox iştirak, kiçik biznesə və qadın sahibkarlara dəstək də çox vacibdir. Biz bunun dəfələrlə şahidi olmuşuq - rəqəmsal və əlaqə boşluqlarını aradan qaldırmaqla LLDC-lər qlobal səhnədə məhsuldarlığı və rəqabət qabiliyyətini effektiv şəkildə artıra bilər.
Dayanıqlı və iqlim dəyişikliyinə dözümlü iqtisadiyyatların qurulması
Yerləşdikləri coğrafiya və kənd təsərrüfatı kimi iqlimə həssas sektorlardan asılılıq nəticəsində Avro-Asiyanın LLDC-ləri iqlim dəyişikliyinin mənfi təsirlərindən qeyri-mütənasib şəkildə əziyyət çəkirlər. Eyni zamanda, onların iqlim dəyişikliyinə uyğunlaşma bacarığı məhdud resurslar və istehsal imkanları, zəif infrastruktur və institusional çatışmazlıqlarla hüdudlanır. Dayanıqlı inkişaf strategiyaları, texnologiya transferi və iqlimə davamlı infrastruktura sərmayələrin yatırılması vasitəsilə bu məhdudiyyətlərin aradan qaldırılması iqlim şoklarına qarşı dözümlülüyü artıra bilər. Sadə dillə desək, hazırlıq, fövqəladə hallara qarşı tədbir görmək qabiliyyəti, iqlimə dözümlü yollar, körpülər və fəlakətə davamlı binalar ticarət və iqtisadi fəaliyyətlərə mənfi təsirləri azaltmaqla ekstremal hava hadisələrinin təsirini minimuma endirə bilər. Həmçinin, ehtiyacları və prioritetlərinin qlobal iqlim müzakirələrinə daxil edilməsi üçün Avro-Asiyanın LLDC-ləri bu müzakirələr və danışıqlarda söz sahibi olmalıdırlar.
Maliyyə dəstəyi, bilik və bacarıqların artırılması
Makroiqtisadi problemlərini həll etmək və inkişaf ehtiyaclarını maliyyələşdirmək üçün xarici maliyyədən artan asılılığını nəzərə alaraq, Avro-Asiyanın LLDC-ləri beynəlxalq maliyyə bazarları və yardım arxitekturası da daxil olmaqla qlobal iqtisadiyyatda baş verən hadisələrdən çox asılıdırlar. LLDC-lər tez-tez inkişaf ehtiyaclarını dəstəkləmək üçün zəruri olan maliyyə resurslarını səfərbər etməkdə məhdudiyyətlərlə üzləşirlər. Mövcud siyasi böhran zamanı bu maliyyələşdirmə ehtiyacları daha da artıb. Bununla da bir çox LLDC-lərin borc yükü artır və bu, onların inkişaf səylərinə mane olur.
Növbəti Fəaliyyət Proqramında mütləq borc məsələsinə kompleks şəkildə diqqət yetirilməlidir. Müxtəlif mənbələrdən, o cümlədən, daxili gəlirlər, beynəlxalq yardımlar və çoxtərəfli institutlardan müvafiq maliyyə dəstəyinin ayrılması maliyyə boşluqlarının aradan qaldırılması və önəmli inkişaf layihələrinin həyata keçirilməsi üçün vacib olacaq. İnkişaf tərəfdaşları, beynəlxalq maliyyə institutları, regional inkişaf bankları, çoxtərəfli institutlar və özəl sektor inkişaf və borcla bağlı məsələlərin uzunmüddətli həlli üçün hədəfli maliyyələşməyə üstünlük verməlidir. Bu, LLDC-lərin çoxşaxəli problemlərinin həllində əvəzsiz rol oynayacaq.
Sözsüz ki, Avro-Asiya LLDC-ləri bunun öhdəsindən təkbaşına gələ bilməzlər.
LLDC-lər və tranzit ölkələr, eləcə də inkişaf tərəfdaşları və özəl sektor arasında mümkün olan ən geniş çoxtərəfli tərəfdaşlıq koalisiyasının yaradılması yeni onillik fəaliyyətə başlayan LLDC-lər üçün həmişəkindən daha vacibdir. İnkişaf, tərəqqi və qlobal iqtisadiyyata inteqrasiya mühitini dəstəkləməklə bu ölkələrə yardımçı olmaq üçün dünya ictimaiyyəti səylərini birləşdirməlidir. LLDC-lər yalnız əməkdaşlıq, innovasiya və ortaq baxış sayəsində öz çətinliklərinin öhdəsindən gələ və xalqları üçün daha parlaq gələcəyə doğru yola çıxa bilərlər.
Birləşmiş Millətlər Təşkilatının LLDC-lər üzrə üçüncü konfransı ərəfəsində bu həftə Banqkokda keçirilən regional toplantı Avro-Asiya LLDC-lərinə qlobal dəstəyi əldə etmək və transformativ dəyişikliklər üçün tərəfdaşlıq qurmağa unikal imkan verir. Liderlər və siyasətçilər Asiya və Avropada LLDC-lərin böyük potensialını üzə çıxarmağa çalışdıqları bir vaxtda bu görüş LLDC-lər, tranzit ölkələr və inkişaf tərəfdaşları arasında mənalı dialoq, innovativ ideyalar, kollektiv istəklər, ən yaxşı təcrübələrin mübadiləsi üçün bir platformaya çevriləcək.
Birlikdə Avro-Asiyanın LLDC-ləri üçün tərəqqiyə aparan yollar yarada və onların dayanıqlı inkişafa doğru birgə yolumuzdan kənarda qalmamalarını təmin edə bilərik.