ÜST: Dünyanın ən zəif inkişaf etmiş ölkələrində vaksin böhranı yaşanır
Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) dünyanın ən zəif inkişaf etmiş ölkələri ilə bağlı dünya ictimaiyyətinə müraciət edib.
Bu barədə “Anadolu” agentliyi məlumat verib.
ÜST-nin baş məsləhətçisi Brus Aylvard vurğulayıb ki, dünyanın ən zəif inkişaf etmiş ölkələrinə verilən peyvənd dozası bitmək üzrədir və qeyd olunan dövlətlər əhali arasında vaksinasiya kampaniyasını apara bilmir.
ÜST-dən bildirilib ki, artıq Uqanda, Karib Hövzəsi Ölkələri, Zimbabve, Banqladeş, Trinidad və Tobaqoda vaksin dozaları bitib və qeyd olunan ölkələr vaksinasiya prosesini dayandırmaq məcburiyyətində qalıblar.
Qeyd edək ki, ÜST gələn il Almaniyada keçiriləcək növbəti G-7 zirvə toplantısına kimi dünya əhalisinin ən azı 70 faizinin koronavirus əleyhinə peyvənd olunmasını hədəflədiyini açıqlayıb.
T.Qebreyesusun sözlərinə görə, bunun üçün 11 milyard peyvənd dozası tələb olunur:
“G-7 və G-20 bu hədəfə nail olmaqda bizə kömək etməlidir”, - deyə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru vurğulayıb.