“Eris” indi də Fransanı təhdid edir
- 12-08-2023, 19:20
- Dünya
Fransada COVID-19-un “Omikron” variantının alt törəməsi olan “Eris” (EG.5.1) sürətlə yayılmağa başlayıb.
Bunun yay mövsümü ilə əlaqəli ola biləcəyi bildirilir.
Bu barədə Beynəlxalq Fransız Radiosu (RFI) məlumat verib.
Məlumata görə, Fransa Xalq Sağlamlığı Təşkilatının açıqlamasında qeyd edilib ki, “Eris”ə yoluxma hallarının artımı bütün bölgələrdə müşahidə edilir, lakin məşhur tətil bölgələrində yoluxma daha çoxdur.
Vurğulanıb ki, Fransada son günlərdə COVID-19-la bağlı şübhəli yoluxma halları 15-74 yaşlı şəxslərdə əvvəlki həftəyə nisbətən 25 faiz artıb.
74 yaşdan yuxarı şəxslərdə bu nisbət 34 faiz, iki yaşdan aşağı körpələrdə isə 56 faiz artıb.
Tətil bölgələrində insanların festivallar və bu kimi digər tədbirlərdə toplanmasının “Eris”in yayılma sürətinə səbəb ola biləcəyi ifadə edilib. Eyni zamanda, yeni qeydə alınan yoluxma hallarının üçdəbirindən çoxunun “Eris” ola biləcəyi qeyd edilib.
Qeyd edək ki, bundan öncə Rusiyada bu ilin aprel ayından indiyə kimi koronavirusun yeni ştammı olan “Eris”ə 17 nəfər yoluxub.
Mənbə: Haber Global