ABŞ koronavirusa görə vaksinasiya strategiyasını dəyişir
- 12-07-2022, 17:13
- Dünya
Amerika Birləşmiş Ştatları yetkinlik yaşına çatmış bütün vətəndaşları üçün koronavirusa qarşı ikinci dəfə revaksinasiya prosesinə icazə vermək niyyətindədir.
ABŞ Ərzaq və Dərman İdarəsi (FDA) bu vəzifəni prioritet hesab edib. Hazırda ölkədə 50 yaşdan yuxarı insanlar və immuniteti zəif olan insanlar üçün koronavirusa qarşı ikinci buster dozaya icazə verilir.
Həkimlər qorxurlar ki, ABŞ-da dominant olan “Omikron BA.5” variantının yayılması fonunda peyvənd olunan şəxslərin immuniteti qeyri-kafi ola bilər.
Alimlərin fikrincə, bu variant təkrar yoluxma baxımından daha təhlükəlidir. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Federal Mərkəzinin (CDC) son rəqəmlərinə görə, “Omikron”un BA.4 və BA.5 variantları indi ABŞ-da yeni infeksiyaların 70%-dən çoxunu təşkil edir.
Ötən həftə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus son iki həftədə dünyada koronavirus infeksiyalarının sayının 30% artdığını açıqlayıb.