Şimali Koreyada may ayından bəri ilk dəfə COVID-ə yoluxma halı aşkarlanmadı
Şimali Koreyada ötən sutka ərzində koronavirusa yoluxan olmayıb.
May ayından bəri ilk dəfə olaraq ölkədə COVID-19-a yoluxma halı qeydə alınmayıb.
Rəsmi məlumatlara görə, Şimali Koreyada virusdan təxminən 74 nəfər ölüb.
Qeyd edək ki, pandemiya başlayandan bəri ölkədə virusun yayılmadığını iddia edən Şimali Koreyada ilk COVID-19 halı bu ilin may ayında aşkar edilib.
İndiyədək yoluxanların ümumi sayı barədə məlumat açıqlanmasa da, ölkədə əsasən “Omikron”-un BA.2 kimi tanınan alt variantının yayıldığı bildirilib.