azadses.az » Dünya » BMT: “İranda edamlar artıb, məhbuslara işgəncə verilir, etirazçılar öldürülür, qızlar zəhərlənir”

BMT: “İranda edamlar artıb, məhbuslara işgəncə verilir, etirazçılar öldürülür, qızlar zəhərlənir”

Ötən il sentyabrın 17-dən, etirazlar başlayandan İranda insan hüquqlarının qorunması sahəsində vəziyyət ciddi şəkildə pisləşib.

“Report” xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə ali komissarının müavini Neda Əl-Naşif BMT-nin İnsan Haqları Şurasına təqdim etdiyi hesabatda yazıb.

Onun sözlərinə görə, ötən il İranda etirazlar başlayandan bəri insan hüquqlarına hörmət kəskin şəkildə aşağı düşüb: “Məhbuslara işgəncə verilir, edam sayı əhəmiyyətli dərəcədə artıb. Bunlar ciddi narahatlıq yaradır”.

Komissarın müavini bildirib ki, İranın Sistan-Bəlucistan əyalətində aksiyalar zamanı 10-u qız olmaqla 44 uşaq öldürülüb: “Bu etirazlarda 20000 yaxın insan həbs edilib”.

BMT rəsmisi vurğulayıb ki, təhlükəsizlik qüvvələri etiraflar almaq üçün məhbuslara, xüsusən də həbsxanada kişilərə və uşaqlara işgəncə verib, pis rəftar ediblər: “Habelə qadınlara qarşı cinsi zorakılıq hərəkətləri olub”.

Neda əl-Naşif İran həbsxanalarındakı pis şəraitdən, xüsusən də həbsxanaların tibbi xidmət göstərməkdən imtina edilməsindən, sağlamlığın pis olmasından, içməli suyun çirklənməsindən və məhbusların həddən artıq sıxlığından narahatlıq ifadə edib.

İranda edamların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ciddi narahatlığını ifadə edən ali komissarın müavini bildirib ki, 2022-ci ildə İranda 582 nəfər edam edilib: “Bu da əvvəlki illə müqayisədə 75 faiz çoxdur. Edam olunanlardan 3-ü uşaqdır, 256 nəfər isə narkotiklə bağlı həbs edilənlərdir”.

Hesabatda qız məktəblərinə kimyəvi hücumlarla bağlı qeyd olunub ki, martın 11-dən bəri 20 əyalətdə 91 məktəbdə şübhəli zəhərlənmə nəticəsində əksəriyyəti qızlar olmaqla mindən çox şagird zəhərlənib: “İran rəsmiləri bu hadisələrə demək olar ki, əsaslı açıqlama verməyib. Onların verdikləri izahat isə ziddiyyətlidir”.

İranın BMT-nin Cenevrədəki mənzil-qərargahındakı daimi nümayəndəsi Əli Bəhreyni bu hesabatda vurğulanan iradları rədd edərək, onu “tamamilə etibarsız” adlandırıb.

Xatırladaq ki, İranın məhkəmə sistemi indiyədək 7 etirazçını edam edib, Məhəmməd Kabadlunun ölüm hökmünü qüvvədə saxlayıb.

“Amnesty İnternational” isə əlavə edib ki, həbs olunan etirazçıların çoxunu ölüm cəzası gözləyir.

Qeyd edək ki, ötən həftə İran məhkəmə sisteminin sədri, ETTELAAT-ın keçmiş rəhbəri Qulamhüseyn Möhsünü-Ejei edamların davam edəcəyini bildirmişdi.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
  2. Bakıda 68 yaşlı qadını avtomobil vurub
  3. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  4. Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb
  5. Bakıda yol qəzasında 6 və 8 yaşlı qardaşlar xəsarət alıblar
  6. Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb
  7. Tanzaniyada ağır yol qəzasında 4 nəfər ölüb, 16 nəfər yaralanıb
  8. Bakıda yolu keçən 33 yaşlı kişini avtomobil vurub
  9. Bakıda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb
  10. Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə Ətraflı
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu