Главная > Dünya > BMT: “İranda edamlar artıb, məhbuslara işgəncə verilir, etirazçılar öldürülür, qızlar zəhərlənir”
BMT: “İranda edamlar artıb, məhbuslara işgəncə verilir, etirazçılar öldürülür, qızlar zəhərlənir”22-06-2023, 12:36. Разместил: azadses |
Ötən il sentyabrın 17-dən, etirazlar başlayandan İranda insan hüquqlarının qorunması sahəsində vəziyyət ciddi şəkildə pisləşib. “Report” xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə ali komissarının müavini Neda Əl-Naşif BMT-nin İnsan Haqları Şurasına təqdim etdiyi hesabatda yazıb. Onun sözlərinə görə, ötən il İranda etirazlar başlayandan bəri insan hüquqlarına hörmət kəskin şəkildə aşağı düşüb: “Məhbuslara işgəncə verilir, edam sayı əhəmiyyətli dərəcədə artıb. Bunlar ciddi narahatlıq yaradır”. Komissarın müavini bildirib ki, İranın Sistan-Bəlucistan əyalətində aksiyalar zamanı 10-u qız olmaqla 44 uşaq öldürülüb: “Bu etirazlarda 20000 yaxın insan həbs edilib”. BMT rəsmisi vurğulayıb ki, təhlükəsizlik qüvvələri etiraflar almaq üçün məhbuslara, xüsusən də həbsxanada kişilərə və uşaqlara işgəncə verib, pis rəftar ediblər: “Habelə qadınlara qarşı cinsi zorakılıq hərəkətləri olub”. Neda əl-Naşif İran həbsxanalarındakı pis şəraitdən, xüsusən də həbsxanaların tibbi xidmət göstərməkdən imtina edilməsindən, sağlamlığın pis olmasından, içməli suyun çirklənməsindən və məhbusların həddən artıq sıxlığından narahatlıq ifadə edib. İranda edamların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ciddi narahatlığını ifadə edən ali komissarın müavini bildirib ki, 2022-ci ildə İranda 582 nəfər edam edilib: “Bu da əvvəlki illə müqayisədə 75 faiz çoxdur. Edam olunanlardan 3-ü uşaqdır, 256 nəfər isə narkotiklə bağlı həbs edilənlərdir”. Hesabatda qız məktəblərinə kimyəvi hücumlarla bağlı qeyd olunub ki, martın 11-dən bəri 20 əyalətdə 91 məktəbdə şübhəli zəhərlənmə nəticəsində əksəriyyəti qızlar olmaqla mindən çox şagird zəhərlənib: “İran rəsmiləri bu hadisələrə demək olar ki, əsaslı açıqlama verməyib. Onların verdikləri izahat isə ziddiyyətlidir”. İranın BMT-nin Cenevrədəki mənzil-qərargahındakı daimi nümayəndəsi Əli Bəhreyni bu hesabatda vurğulanan iradları rədd edərək, onu “tamamilə etibarsız” adlandırıb. Xatırladaq ki, İranın məhkəmə sistemi indiyədək 7 etirazçını edam edib, Məhəmməd Kabadlunun ölüm hökmünü qüvvədə saxlayıb. “Amnesty İnternational” isə əlavə edib ki, həbs olunan etirazçıların çoxunu ölüm cəzası gözləyir. Qeyd edək ki, ötən həftə İran məhkəmə sisteminin sədri, ETTELAAT-ın keçmiş rəhbəri Qulamhüseyn Möhsünü-Ejei edamların davam edəcəyini bildirmişdi. Вернуться назад |