Çinin Xarici İşlər Nazirliyi Yaponiyanın Pekindəki səfirinə etiraz edib
- 22-05-2023, 09:43
- Dünya
Çinin xarici işlər nazirinin müavini Sun Veydun Xirosimada keçirilən G7 sammitində "ölkəsi ilə bağlı şişirdilmiş məsələlərə görə" Yaponiyanın Pekindəki səfiri Xideo Tarumiyə etiraz edib.
“Report” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Sun Veydunun sözlərinə görə, Yaponiya digər G7 ölkələri ilə birlikdə Çinə "böhtan atıb və hücum edib". Pekin diplomatı G7-nin bu cür hərəkətlərini ölkənin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına zərər vurma, Çinin daxili işlərinə kobud müdaxilə adlandırıb. Buna görə də Pekin "güclü narazılığını və kəskin etirazını" bildirib.
Sun Veydun vurğulayıb ki, Tayvan, Honq-Konq və Tibet Muxtar Bölgələri ilə bağlı məsələlər Çinin daxili işidir.