Fransalı nazir: “Emmanuel Makron Azərbaycan Prezidenti ilə açıq və mütəmadi əlaqələrə çox önəm verir”
- 27-04-2023, 19:59
- Dünya
“Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevlə açıq və mütəmadi əlaqələrə çox önəm verir”.
AZƏRTAC xəbər verir ki, bunu Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Prezident İlham Əliyevlə görüşdə deyib.
Nazir bildirib ki, Fransa Azərbaycanda və ümumiyyətlə Cənubi Qafqaz regionunda sülhün, iqtisadi və sosial inkişafın mövcud olmasını istəyir və ölkəsinin məqsədi həmişə bundan ibarət olub.
Ketrin Kolonnanın sözlərinə görə, Fransa Azərbaycanla ikitərəfli əlaqələrə, eyni zamanda, Avropa İttifaqı çərçivəsində əlaqələrə böyük önəm verir və bu istiqamətdə geniş potensial mövcuddur.