Fransanın xarici işlər naziri Buça şəhərinə səfər edib - YENİLƏNİB + FOTO
Fransanın xarici işlər naziri Katrin Kolonna Ukraynaya səfəri çərçivəsində müharibədən ən çox zərər çəkmiş şəhərlərdən biri olan Buçaya baş çəkib.
Bu barədə Kiyev vilayətinin Regional Hərbi Administrasiyası məlumat yayıb.
Qeyd edək ki, Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Rusiyanın işğalı başlayandan bəri Ukraynaya səfər etmiş ən yüksək rütbəli fransalı məmurdur.
11:22
Fransa Xarici İşlər Nazirliyinin yeni rəhbəri Ketrin Kolonna bazar ertəsi Kiyevə səfər edib.
Bu barədə “Evropeyskaya pravda” məlumat yayıb.
“İndicə Fransanın Ukrayna xalqına dəstəyini ifadə etmək üçün Ukraynaya gəldim”, – deyə o, öz “Twitter” hesabında qeyd edib.
“Avropa və xarici işlər naziri Ketrin Kolonna bu gün Ukraynaya, Kiyevə ilk səfərini edib. Nazir bu səfərlə Fransanın Ukrayna xalqı ilə həmrəyliyini və Rusiyanın təcavüzü qarşısında həm humanitar, həm maliyyə, həm də müdafiə ləvazimatlarının tədarükü baxımından Ukraynaya dəstəyi gücləndirməkdə tam qətiyyətini nümayiş etdirmək istəyir”, – deyə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Nazir Buçaya baş çəkməyi, həmçinin mülki təhlükəsizlik texnikasını (yanğınsöndürən maşınlar və təcili yardım maşınları) Ukrayna hakimiyyətinə təhvil verməyi planlaşdırır.
Bundan əlavə, Kolonna ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşərək Ukraynaya bütün sahələrdə dəstək işlərini, xüsusilə də taxıl və yağlı toxumların ixracının bloklanması məsələlərini müzakirə edəcək. Fransalı nazir həmçinin Prezident Volodimir Zelenski də qəbul edəcək.
Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Rusiyanın işğalı başlayandan bəri Ukraynaya səfər etmiş ən yüksək rütbəli fransalı məmur olacaq. Prezident Emmanuel Makron indiyədək Kiyevə səfərdən yayınıb.