Makron Ukrayna üçün xüsusi fond yaradılacağını açıqladı
Fransa Prezidenti Emmanuel Makron Ukraynanın müharibə səylərini dəstəkləmək üçün xüsusi fond yaratmaq qərarını açıqlayıb.
Makron bu haqda Çexiyanın paytaxtı Praqada keçirilən sammitindən sonra təşkil edilən mətbuat konfransında danışıb.
Ölkəsinin Ukraynaya hərbi texnika dəstəyini xatırladan Makron bildirib ki, Fransa əlavə SEZAR haubitsalarının çatdırılması ilə bağlı bəzi avropalı tərəfdaşları ilə işi davam etdirir.
“Zirvə toplantısında biz həmçinin Ukraynanın müharibə səylərini və Rusiya təcavüzünə qarşı müqaviməti dəstəkləmək üçün lazım olanda birbaşa sənayeçilərimizdən ən çox ehtiyac duyulan ləvazimatları almağa imkan verəcək xüsusi fond yaratmağa qərar verdik”, - Makron bildirib.
Fransa Prezidenti bu fondu ilk növbədə 100 milyon avro ilə təchiz edəcəklərini söyləyib.