Anna Akopyan 44 günlük müharibədə ordudan yayınan erməni fərarilərinin sayını açıqladı
- 2-04-2023, 13:13
- Dünya
Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan bildirib ki, 44 günlük müharibə zamanı erməni tərəfdən fərarilərin sayı 11 min nəfər təşkil edib.
O, bu barədə Tavuş rayonunun Açarkut kəndində 44 günlük müharibə zamanı öldürülmüş David Şahnazaryanın anadan olmasının 23-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
“44 günlük müharibə zamanı 11 min fərarimiz var idi. 11 min hərbçi, könüllü, zabit”, - deyə Akopyan xüsusilə qeyd edib.
Oktyabrda İstintaq Komitəsinin rəhbəri Argişti Karamyan bildirib ki, hərbi xidmət qaydasına ilə, eləcə də hərbi əməliyyatlarla bağlı digər cinayətlər üzrə 12,6 min nəfərə yaxın şəxs barəsində 1600-ə yaxın cinayət işi başlanıb. Bu işlər çərçivəsində 883 vətəndaş, o cümlədən 78 zabit (17 yüksək rütbəli zabit) təqsirləndirilən şəxs qismində cəlb edilib. Bundan əlavə, ümumilikdə 17 mindən çox insan dindirilib.