Gürcüstan parlamenti qarşısında aksiya keçirilir - YENİLƏNİB
- 10-03-2023, 16:23
- Dünya
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ikinci oxunuşdan keçməyib.
Layihənin lehinə 1, əleyhinə 35 deputat səs verib, 58 deputat bitərəf qalıb.
Hazırda parlamentin qarşısında etirazçılar toplaşıb, aksiya keçirilir.
Xatırladaq ki, martın 7-də “Xarici agentlər haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib. Bundan sonra Gürcüstan parlamentinin binası yaxınlığında etirazçılarla hökumət qüvvələri arasında toqquşma baş verib. Hakim “Gürcü arzusu” Partiyası martın qanun layihəsini geri götürdüyünü elan edib, lakin söz verib ki, bu məsələyə qayıdılacaq.
11:20
Gürcüstan parlamentinin saat 12:00-a təyin edilən iclası etiraz aksiyası fonunda baş tutacaq.
Ehtimallara görə, məsələlərdən biri də “Xarici təsirin şəffaflığı haqqında” layihəyə səsvermə olacaq.
Parlamentin özündə də təhlükəsizlik tədbirləri gücləndiriləcək - binaya giriş yalnız deputatlar və parlamentin mətbuat xidməti ilə əvvəlcədən razılaşdırılan akkreditasiyadan keçmiş jurnalistlər üçün mümkün olacaq.