Qüdrət Həsənquliyev gələcəkdə Şuşaya giriş-çıxışın tənzimlənməsinə etiraz etdi
Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı sənəddəki bəzi müddəaları tənqid edib.
Oxu.Az-ın məlumatına görə, Q.Həsənquliyev deyib ki, qanun layihəsində Şuşaya giriş-çıxışın tənzimlənməsinə dair maddənin yer alması başadüşülən deyil.
“Şuşaya hamı getmək istəyir, giriş-çıxış tənzimlənsə, bu zaman Şuşaya girişdə böyük tıxac yaranacaq. Bir də bilinmir ki, giriş pul ödəməklə mümkün olacaq, ya yox!”, - deyə Q.Həsənquliyev əlavə edib.
Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə bildirib ki, söhbət Şuşa qoruğuna giriş-çıxışın tənzimlənməsindən gedir.
Aqşin Kərimov