Britaniyalıların əksəriyyəti Tanrının gender dəyişikliyinə qarşı çıxıb
- 27-02-2023, 09:23
- Dünya
Britaniyalıların böyük əksəriyyəti (65%) İngiltərə Kilsəsinin neytral genderli Tanrı haqqında yeni konsepsiyasına qarşıdır.
Kilsənin layihəsi o deməkdir ki, indi kahinlər Tanrıya müraciət edərkən kişi əvəzliklərindən istifadə etməyəcəklər.
Həmçinin dualardan “Atamız” ifadəsinin çıxarılması təklif edilir.
Ümumilikdə, təşəbbüsü Böyük Britaniya sakinlərinin yalnız 15%-i dəstəkləyib. Analitiklər qeyd ediblər ki, Tanrını cinsiyyətə görə neytral etmək təklifi daha çox 18-24 yaş arası gənclər tərəfindən dəstəklənib. 55-64 yaş arası insanlar arasında yalnız 6% bu təşəbbüsü bəyənib.