Gürcüstan Türkiyəyə 60 xilasedici göndərir
- 6-02-2023, 19:28
- Dünya
![Gürcüstan Türkiyəyə 60 xilasedici göndərir](/uploads/posts/2023-02/mashvelebi-3.jpg)
Gürcüstan Türkiyə-Suriya sərhədi yaxınlığında baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Türkiyəyə xilasedicilər və xilasetmə texnikası göndərib.
Məlumata görə, 60 yanğınsöndürən və xilasedici, o cümlədən müvafiq xilasetmə texnikası artıq yola salınıb.
Bildirilib ki, yardım qrupuna xilasetmə tədbirləri istiqamətində xüsusi təlim keçmiş itlər də daxildir.