Azərbaycanın səfirlik açmasına İsraildən REAKSİYA
- 18-11-2022, 20:19
- Cəmiyyət
İsrailin Baş naziri Yair Lapid Azərbaycanın bu ölkədə səfirlik açmasına münasibətini bildirib.
Bu barədə o, “Twitter” hesabında yazıb.
“Azərbaycan parlamentinin İsraildə səfirlik açmaq qərarını alqışlayıram. Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir.
Səfirlik açmaq qərarı ölkələr arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir”, - deyə İsrail hökumət başçısı vurğulayıb.
Lapid həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib və ilk dəfə İsrail dövlətində səfirlik səviyyəsində təmsil olunacaq Azərbaycan xalqını təbrik edib.