NATO-nun keçmiş baş katibi: “Ukraynanın qələbəsi Çini Tayvana hücumdan çəkindirəcək”
- 6-01-2023, 09:32
- Dünya
Rusiya ilə münaqişədə Ukraynanın qələbəsinin təmin edilməsi Çinin Tayvana hücumundan çəkindirməyin ən effektli yoludur.
Bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen yanvarın 5-də adaya səfəri zamanı bildirib.
O, hesab edir ki, Moskvanın qələbəsi dünyanın digər diktatorlarına hərbi təcavüzün necə işlədiyinə dair nümunə ola bilər.
Rasmussen Avropa və onun NATO müttəfiqlərini Çinə Tayvana qarşı potensial hücumunun necə nəticələnəcəyini göstərməyə çağırıb.
Onun sözlərinə görə, NATO münaqişədə açıq şəkildə hərəkət etməyəcək. Bununla belə, alyans adaya hərbi yardım göstərməli və Pekinə qarşı iqtisadi sanksiyalar tətbiq etməlidir.
Xatırladaq ki, Rasmussen yanvarın 3-dən 5-dək Tayvanda olub. O, dəfələrlə dünya ictimaiyyətini Tayvan boğazındakı vəziyyətə diqqət yetirməyə və adaya Çinlə qarşıdurmada kömək etməyə çağırıb.