10 aydır bu vəzifəni icra edirdi, bu gün təyin edildi
- 19-01-2022, 16:18
- Cəmiyyət
Xəbər verdiyimiz kimi, bu gün Teymur Musayev səhiyyə naziri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə o, səhiyyə nazirinin birinci müavini vəzifəsindən azad edilib.
“Azadsəs.az” xəbər verir ki, 2021-ci ilin aprel ayından səhiyyə naziri səlahiyyətlərini icra edən Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. 1977–1981-ci illərdə Əlcəzairdə SSRİ-nin Baş konsulluğunun nəzdində 1 saylı orta məktəbdə, sonradan 1981–1987-ci illərdə Bakı şəhərində 189 saylı orta məktəbdə təhsil alıb.
T.Musayev 1987-1994-cü illərdə Azərbaycan Tibb Universitetini bitirib. Strasburq Universitetində Laparoskopik Cərrahiyyə üzrə təhsilini davam etdirib, ardınca isə Latviyada “Riga Stradins” Universitetində Sağlamlığın idarəedilməsi üzrə magistratura pilləsini bitirib.
Yeni nazir 2007-2015-ci illərd Tusi adına Klinikanın direktoru olub. 2015-2018-ci illərdə “Dobromed” klinikasına rəhbərlik edib. Həmçinin, 2016-2019-cu illərdə Qəbələ şəhərində yerləşən “Chenot Palace” Sağlamlıq Mərkəzinin direktoru işləyib.
2019-2020-ci illərdə İtaliyada fəaliyyət göstərən “Medwellness&SPA” mərkəzinin baş beynəlxalq məsləhətçisi olub. 2020-ci ildən Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri olub.
Xatırladaq ki, Teymur Musayev 2021-ci ilin aprel ayında Prezident İlham Əliyevin sərəncamları ilə səhiyyə nazirinin birinci müavini təyin edililib və səhiyyə naziri səlahiyyətləri ona həvalə edilib.