Rusiya sülhməramlıları ilə bağlı yeni sənəd hazırlanmır - RƏSMİ
- 27-12-2022, 17:33
- Dünya
“Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin mandat və funksiyaları 10 Noyabr Bəyanatında təsbit edilib”.
Oxu.Az-ın məlumatına əsasən, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, 10 Noyabr Bəyanatından başqa, sülhməramlıların fəaliyyətini tənzimləyən sənəd yoxdur.
“Hazırda Rusiya sülhməramlılarının fəaliyyətinə dair hər hansı bir sənəd hazırlanmır və belə bir məsələ gündəlikdə deyil”, - deyə nazir əlavə edib.