Ceyhun Bayramov türkiyəli həmkarına İstanbulda baş verən partlayışla bağlı başsağlığı verib
13 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı olub.
Nazir Ceyhun Bayramov İstanbul şəhərinin İstiqlal prospektində partlayış ilə bağlı dərin təəssüf hisslərini bölüşüb. Partlayış nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu, kədərini və sevincini bölüşdüyünü vurğulayıb.
Nazir Mevlüt Çavuşoğlu başsağlığına görə təşəkkür edib, Azərbaycanın Türkiyəyə verdiyi dəstəyi yüksək qiymətləndirib.
19:32
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda baş verən partlayışda ölənlərlə bağlı Türkiyəyə başsağlığı verib.
Oxu.Az xəbər verir ki, Ceyhun Bayramov bununla bağlı "Twitter" hesabında yazıb.
“İstanbul şəhərində İstiklal prospektində partlayış xəbəri bizi dərindən kədərləndirdi. Bu terror nəticəsində hayatlarını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə başsağlığı bildirir, yaralılara şəfa diləyirik.
Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”, - xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında yazıb.