Türkiyənin dörd vilayətində antoterror əməliyyatı keçirilir
- 25-12-2022, 17:38
- Dünya
“Eren Abluka” antiterror əməliyyatlarının on səkkizinci payız-qış mərhələsi Diyarbəkir, Bingöl, Muş və Batman əyalətlərinin ərazilərini əhatə edib.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Onun sözlərinə görə, əməliyyata 3650 hüquq-mühafizə orqanının əməkdaşı cəlb olunub.
Nazir əmin edib ki, cinayətkar təşkilatların sonuncu üzvü məhv edilənə qədər terrorla mübarizə davam etdiriləcək.