Yaponiyada qarın hündürlüyü iki metri keçdi
- 19-12-2022, 20:18
- Dünya
Yaponiyada yağan güclü qar nəticəsində 18 mindən çox insan işıqsız və istiliksiz qalıb.
Qeyd olunur ki, ölkənin mərkəzində yerləşən Yamaqata prefekturasının bəzi ərazilərində qar örtüyünün hündürlüyü 229 santimetrə çatıb.
Yaponiyanın meteoroloji agentliyi qarlı hava şəraitinin davam edəcəyi barədə əhaliyə xəbərdarlıq edib.