Bu rayonlara qar yağdı
- 30-11-2020, 10:32
- Cəmiyyət
![](/uploads/posts/2020-11/medium/1606721516_rhbgfbf.jpg)
''Azad Səs'' Axar.az-a istinadən xəbər verir ki, Qubanın Xınalıq kəndində 16, Qırızda 12, Xaltanda isə 8 santimetr qar yağıb. Xızının Altıağac qəsəbəsində isə qarın hündürlüyü 9 santimetrə çatır. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 5 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qubanın Qırız kəndində qeydə alınıb.