Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 6-dan 8-i səhərədək şimal-qərb küləyinin 15-20 m/san, arabir 23-28 m/san-dək güclənəcəyi, 6-da yarımadanın bəzi yerlərində arabir 30-33 m/san-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında may ayının birinci ongünlüyünün sonunadək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi 15-20 m/san, 6-7-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/san-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.