Belarus Ukrayna taxılının tranzitinə icazə verəcək
- 10-12-2022, 16:19
- Dünya
Belarus Litva limanlarından sonrakı ixrac üçün Ukrayna taxılının öz ərazisindən tranzitinə ilkin şərt olmadan icazə verəcək.
Bunu BMT baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.
Onun sözlərinə görə, Belarus xarici işlər nazirinin müavini Yuri Ambrazeviç cümə günü Nyu-Yorkda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb. Danışıqlar zamanı belaruslu diplomat bildirib ki, onun ölkəsi “ilkin şərt olmadan Ukrayna taxılının tranzitinə razılıq verəcək”.
Ambrazeviç həmçinin hökumətinin hazırda sanksiyalara məruz qalan gübrələri ixrac edə bilməsi ilə bağlı xahişini də təkrarlayıb.