BMT hesabatı: Dünyada qaçqınların sayı 82 milyonu keçib
Dünyada son bir ildə qaçqınların ümumi sayı 82,4 milyona yüksəlib, bu rəqəm Almaniya əhalisinin sayına bərabərdir.
Bu barədə BMT-nin hesabatında qeyd olunub.
Qeyd olunur ki, təxminən üç milyon insan pandemiya ilə bağlı məhdudiyyətlər qoyulmasına baxmayaraq, silahlı münaqişələr, zorakılıq səbəbilə müxtəlif ölkələrdən qaçmalı olublar.
“Bu tarix ərzində ən yüksək göstəricidir və 10 il əvvəlki səviyyəni ( 2010-cu ildə 41 milyon) iki dəfədən çox üstələyir. Bu 2019-cu ildən dörd faiz artıqdır”, - deyə BMT-nin Qaçqınların işləri üzrə Ali komissarı Filippo Qrandi deyib.