Ərdoğandan Yunanıstana xəbərdarlıq: “Türkiyənin bunu qəbul etməsi mümkün deyil”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lozanna Sülh Müqaviləsinin imzalanmasının 99-cu ildönümü münasibətilə paylaşım edib.
O, sazişi müasir Türkiyə Cümhuriyyətinin əsasında duran sənədlərindən biri adlandırıb.
“Lozanna sülh müqaviləsi ilə quru sərhədlərimiz çəkildi, kapitulyasiyalar ləğv edildi, Yunanıstanda qalan türk azlığının hüquqları təmin edildi, sahillərimizə yaxın olan Yunan adalarının qeyri-hərbi statusu təsdiqləndi. Türkiyə Lozanna Sülh Müqaviləsinin imzalanmasından ötən 99 il ərzində onun icrasına dəqiqliklə əməl edib”, - dövlət başçısı yazıb.
O, son zamanlardakı davranışlarından dolayı Yunanıstana da xəbərdarlıq edib.
“Son zamanlar Yunanıstan tərəfindən türk azlığının hüquqları başda olmaqla, müqavilədə qeydə alınmış şərtlərə məhəl qoyulmur və ya bilərəkdən
təhrif edilir. Bu, mehriban qonşuluq münasibətləri və müqaviləyə sadiqlik prinsipi ilə bir araya sığmır. Ölkəmizin bu vəziyyəti qəbul etməsi mümkün deyil.
Türkiyə dövləti öz regionunda davamlı sülh və əmin-amanlığın bərqərar olması üçün hər cür səy göstərir və sevimli millətimizin hüquqlarını qorumaq əzmindədir”, - Ərdoğan bildirib.