Главная > Dünya / Manset > Türkmənistan Aİ ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır
Türkmənistan Aİ ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır25-09-2022, 09:01. Разместил: admin |
Türkmənistan Avropa İttifaqı (Aİ) ilə iqtisadiyyat, ekologiya, enerji, humanitar və mədəni sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu barədə respublikanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Türkmənistan Nazirlər Kabineti sədrinin müavini - xarici işlər naziri Rəşid Meredov Nazirlər Kabinetinin son iclası çərçivəsində Türkmənistan və Aİ arasında əməkdaşlığın daha da genişləndirilməsi və əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində görülən işlər barədə danışıb”, - deyə məlumatda bildirilib. Xatırladaq ki, hələ sentyabrın əvvəlində Almaniyanın Mərkəzi Asiya respublikasındakı yeni səfiri Uve Byerhoff Almaniya və Aİ-nin Türkmənistanla əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu bəyan edib. Вернуться назад |