İbrahim Rəisi Tehrandan Nyu-Yorka yola düşüb
İran Prezidenti İbrahim Rəisi bu gün sentyabrın 19-u səhər saatlarında Tehrandan Nyu-Yorka yola düşüb.
Səfərdə məqsəd Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 77-ci sessiyasında iştirak etməkdir.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Səfərdə onu İran rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti və bir qrup hökumət üzvü müşayiət edirlər.
Xatırladaq ki, avqustun 16-da insan haqları təşkilatları, respublikaçılar, yəhudi fəallar və iranlı-amerikalı qrupların koalisiyası Ağ Evə məktub göndəriblər.
Məktubda onlar İranın Amerikaya qarşı təhdidlərini və İbrahim Rəisinin insan haqları pozuntularını, xüsusən də onun 1988-ci ildə kütləvi edamlardakı rolunu əsas gətirərək Baydendən ona Amerika vizası verməkdən imtina etməsini tələb ediblər.