Putin və Rəisi gələn həftə Moskvada görüşəcəklər
- 17-01-2022, 10:16
- Siyasət
Rusiya prezidenti Vladimir Putin gələn həftə Moskvada iranlı həmkarı İbrahim Rəisi ilə danışıqlar aparacaq.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, bundan əlavə, növbəti həftə üçün Rusiya prezidentinin Təhlükəsizlik Şurasının iclası, şəxsi görüşləri və beynəlxalq telefon danışıqları planlaşdırılıb.
Qeyd edək ki, noyabrın ortalarında Putin və Rəisi telefonla danışıblar. Liderlər uzunmüddətli əməkdaşlığa dair yeni sənədin hazırlanmasını, iri birgə investisiya layihələrinin həyata keçirilməsini, koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlığı, eləcə də İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqları müzakirə ediblər.