Qırğızıstan-Tacikistan sərhədindəki atışmada yaralıların sayı 100-ü keçdi
- 17-09-2022, 09:33
- Dünya
![](/uploads/posts/2022-09/medium/1663392846_307240590_1556817108083145_4405838861441037859_n.jpg)
Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.
Yaralılardan beşi ambulator müalicəyə göndərilib.
Xəsarət alanlar əsasən bədənlərinin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları alıblar.
Xatırladaq ki, sentyabrın 16-da səhər saatlarında Qırğızıstan və Tacikistan sərhədində bir neçə yerdə atışma başlayıb. Leylek və Batken rayonlarında yaşayış məntəqələri atəşə tutulub.
Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı qarşıdurma nəticəsində Batken və Leylek rayonlarının yeddi kəndinin, həmçinin Oş vilayətinin Çon-Alay rayonunun Cəkəndi kəndinin sakinləri evlərini tərk ediblər.
Qeyd edək ki, bundan əvvəl 24 nəfərin həlak olması, 87 nəfərin yaralanması barədə xəbər yayılıb.