Qırğızıstan-Tacikistan sərhədində yenidən atəş səsləri eşidilir
“Sputnik Qırğızıstan” ölkənin Batken vilyatənin Daxili İşlər İdarəsinə istinadən məlumat verib ki, əldə olunmuş atəşkəs barədə razılaşmaya baxmayaraq, sərhəddə atışma bərpa olunub.
Məlumata əsasən, Maksat kəndində qırğızların evləri yandırılıb. Yerli sakinlər qonşu kəndlərə evakuasiya edilib. Arka kəndində isə yol kənarındakı yanacaq doldurma məntəqəsi və ticarət obyektləri yandırılıb.
Hazırda Arka, Dostuk və Jaştık kəndləri istiqamətində atışmaların davam etdiyi bildirilir.