Boliviyada iri qaz yataqları aşkarlanıb
Boliviyada iri qaz yataqları aşkar edilib.
"Report" xəbər verir ki, bu barədə ölkə Prezidenti Luis Arse tviter hesabında bildirib.
"Keçən il başladığımız kəşfiyyat işləri öz nəticəsini verib. Tariya və Çukizaka arasında yerləşən Marqarita Huakaya yatağında gündəlik 3 milyon kubmetr hasilat potensialına malik təbii qaz ehtiyatları aşkar etmişik".
Boliviya neft və qaz şirkətinin məlumatına görə, quyu ən iri qaz ehtiyatlarına malikdir. İstehsalın işə salınması sayəsində ölkə hər il 260 milyon ABŞ dollarına qədər vəsait əldə edəcək.