“Sosial yetim”lərin cəmiyyətə qovuşması: Qərar var, ancaq tənzimləmə yoxdur - FOTO
Avqustun 9-da Krımın Novofyodorovka rayonundakı Saki aerodromunda bir neçə partlayış baş verib.
Nəzərə alaq ki, Rusiya Krımda böyük hərbi təsisatlar formalaşdırıb və silah arsenalının bir qismini bu regiona köçürüb.
Saki Rusiyanın Qara dəniz donanmasının “ürəyi” olan Sevastopol limanından təxminən 50 kilometr aralıda yerləşir.
Partlayışlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenski cəsarətli bəyanat verib, deyib ki, Krımın işğalı ilə başlayan müharibə onun azad olunması ilə bitəcək. Krımdakı partlayışlar Kremlin zədələnmiş nüfuzundakı yaraları dərinləşdirir və Moskvanın yarımadaya zəmanət dura bilməyəcəyi fikirlərini formalaşdırır.
Hərçənd ki, Ukraynanın Krımı Rusiyadan qoparıb yenidən öz yurisdiksiyasına daxil edəcəyi inandırıcı səslənmir.
Zelenskinin açıqlaması, sadəcə, onu göstərir ki, Qərb Ukraynaya müharibədə dönüş yarada bilən silahlar ötürməkdə davam edir və bu, Rusiyanın strateji qabiliyyətini zəiflədə bilər.
Bununla belə, Ukrayna Krımdakı partlayışa görə məsuliyyətdən yayınır, çünki Kiyev məsuliyyəti üzərinə götürsə, bu, müharibədəki eskalasiyanı amansızlaşdıra bilər.
Ukraynanın mesajı bundan ibarətdir ki, Krımın dərinliklərinə Rusiya Prezidenti Vladimir Putin üçün böyük utanc gətirə biləcək zərbələr endirmək əzmi mövcuddur.
İndiki şəraitdə Krımın sistematik olaraq Ukrayna tərəfindən atəşə tutulacağı çətindir, çünki Kiyev Rusiyanın bu addıma cavabının miqyasını dəqiq hesablaya bilmir.
Çox zaman Rusiya da strateji təkəbbürünün əsirinə çevrilərək Ukraynanın əks-hücumunu ciddiyə almır və döyüş meydanında müəyyən zonalarda uğursuzluq məcrasına yuvarlanır.
Rusiya-Ukrayna müharibəsinin yarım ili geridə qalır və hazırdakı duel döyüşlərin xarakterinə dair nisbətən aydın baxışlar formalaşdırır.
Rusiya bir neçə cəbhədə uğursuzluğa düçar olsa da, Ukraynanın şərqində və cənub-şərqində uzun bir işğal zolağı yaradıb.
Rusiya hazırda həmin bucaqda durğunluğun qalmasında maraqlıdır, bu, qüvvələri yenidən komplektləşdirmək üçün ona vacibdir.
Lakin Ukrayna əks-hücum əməliyyatlarını davam etdirir və Rusiyanın bərqərar etmək istədiyi müvəqqəti durğunluq sistemini dağıdır, hərçənd ki, Ukrayna da həlledici bir nəticə əldə etməyib.
Əgər Qərb Ukraynaya silah tədarükünü kəssə, onun tükənməsi sürətlənəcək və Rusiyanı dramatik nəticələrə düçar edə bilməyəcək.