“Starbucks”ın Rusiyadakı aktivlərinın satışı tamamlandı
- 31-07-2022, 15:22
- Dünya
Reper və iş adamı Timati (Timur Yunusov) Rusiyadakı bütün “Starbucks” aktivlərinin alındığını, ilk məntəqələrin açılışının avqustda baş tutacağını, hazırda komandanın yeni ad tapmaq üzərində işlədiyini bildirib.
O, bu barədə “Instagram” səhifəsində məlumat verib.
Timati qeyd edib ki, hazırda “Starbucks” şəbəkəsinin bütün aktivləri onun və restoranlar sahibi Anton Pinskinin rəhbərliyi altındadır.
Biznesmen əlavə edib ki, müəssisə rebrendinq olunacaq. Ən yaxşı dizayn sentyabra qədər Rusiyadakı iki yüzdən çox qəhvəxananı bəzəyəcək.
Qeyd edək ki, “Starbucks”ın Rusiyadakı aktivlərini ifaçı Anton Pinski, reper Timati və senator Arsen Kanokovun “Sindika” şirkəti əldə edib.