Sabahdan ABŞ-da TikTok bağlanacaq
- 19-09-2020, 13:42
- Dünya
Çinlilərin iki proqramı - TikTok və WeChat ABŞ prezidenti Donald Trampın qara siyahısına düşüb.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, uzun müddətdir hər iki proqramın ABŞ-da qadağan edilməsi ilə bağlı məlumatlar gündəmdən düşmür.
Əvvəl Tramp proqramları birdəfəlik qadağan edəcəyini demişdi. O hesab edir ki, bu iki sosial şəbəkə vasitəsilə insanların şəxsi məlumatları oğurlanır.
Əgər bu bazar günü məsələ öz həllini tapmasa, TikTok və WeChat-ın yüklənməsi bloklanacaq. Yalnız "Starbucks" və "Walmart" "WeChat"dan bəzi işlər üçün istifadə edə biləcəklər.
"TikTok" rəhbərliyi isə ABŞ-la münasibətlərini düzəldib, orada aktiv olmağa çalışır. Tramp isə hələ razılaşmaya getməyi düşünmür. //Axsam.az