Bu ölkədə koronavirusa yoluxanların sayı 100 mini keçdi
Yaponiyada fevral ayından bəri gündəlik görülən COVID-19 yoluxmalarının sayı yenidən 100 mini keçib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyada yoluxma sürətinin yüksək olduğu bildirilən “Omicron”un BA.4/BA.5 variantının sürətlə yayılması ilə yoluxmaların sayında artım müşahidə olunub.
Sözügedən varianta görə gündəlik yoluxmaların sayı 104 minə yüksəlib, beləliklə, ölkədə 5 aydan sonra COVID-19 halları 100 mini keçib.
Yaponiyanın Baş naziri Kişida Fumio bildirib ki, yoluxma sayının artmasına baxmayaraq, hələlik heç bir məhdudiyyət planı yoxdur.
Qeyd edək ki, Yaponiyada COVID-19-a yoluxanların ümumi sayı 10 milyonu ötüb, dünən 90 min yoluxma halı qeydə alınıb.