Ukraynada Rusiya pasportunu almaq cinayət hesab edilə bilər
Rusiya pasportunu almaq və onların “referendumunda” səs vermək cinayət hesab edilməlidir.
Bu fikirləri Ukrayna baş nazirin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk deyib.
“Əgər biz həqiqətən də işğala qarşı çıxmaq istəyiriksə, işğalçıların pasportlarının alınması, onların “referendum”unda səsvermə ilə bağlı daha aydın və sərt mövqe tutmalıyıq. Biz açıq şəkildə deməliyik: Bu, dövlətimizə qarşı cinayətdir!” –o, “Telegram” kanalında yazıb.
Vereşçuk əlavə edib ki, pasportlar və “referendumlar” Rusiya silahıdır və raketlərdən daha təhlükəlidir.