Məşhur aparıcı: “Baydenin narkotik asılılığı var”
“Vacib çıxışlardan əvvəl həkimlər ABŞ Prezidenti Co Baydenə onu daim yaşadığı narkotikin təsiri vəziyyətindən çıxaran həblər verirlər”.
Bu sözləri “Fox News”un aparıcısı Taker Karlson ABŞ liderinə yaxın mənbəyə istinadən bildirib:
“Onun işçiləri, arvadı doktor Cillin himayəsi altında, hər ictimai çıxışdan əvvəl ona həblər verirdilər. Bundan əvvəl Bayden kiçik uşaq kimi idi. Onunla ünsiyyət qurmaq mümkün deyildi, çünki o, narkotik qəbul edirdi və hələ də onlardan açıq-aydın istifadə edir”.
Lakin teleaparıcı heç bir sübut təqdim etməyib. Baydenin həkiminin son hesabatına görə, ABŞ lideri nizamsız ürək döyüntüsü, yüksək xolesterin və mövsümi allergiya üçün dərman qəbul edir. Heç bir dərman koqnitiv funksiyaların gücləndiricisi hesab edilmir.
Qeyd edək ki, Baydenin başına mütəmadi olaraq qəribə şeylər gəlir ki, bu da onun psixi sağlamlığına şübhə yaradır.
Belə ki, ABŞ prezidenti çıxışlarının birində ölkəsinin adını tələffüz edə bilməyib. May ayında Bayden Şimali Karolina ştatında çıxışını bitirdikdən sonra boşluqla əl sıxışıb: o, səhnədə sağ tərəfə dönərək əlini uzadıb. Həmin vaxt isə prezidentin yanında əlini sıxacaq heç kim olmayıb.