Gürcüstanın şərqində tozdan bezən kənd sakinləri yolu bağladılar
- 13-07-2022, 19:22
- Dünya
Qori rayonunun (Şida Kartli regionu) Ateni kəndinin sakinləri əhalinin sıx məskunlaşdığı ərazidə uzun sürən yol təmirinə etiraz edərək yolu bağlayıblar.
Etirazçılar yeddi aydır tozdan evlərinin pəncərələrini aça bilmədiklərini deyirlər. Onların sözlərinə görə, təkcə sağlamlıqları deyil, məhsul yığımı da təhlükə altında qalır.
“Qoy torpağı necə lazımdır nəmləndirsinlər. Bir dəfə üstündən keçəcəklər, təxminən beş dəqiqə nəmləndirəcəklər, sonra yenə hər yeri toz bürüyəcək”, - deyə yerli sakinlərdən biri etirazını bildirib.
Eyni zamanda o əlavə edib ki, kəndə suyun verilişində də fasilələr yaranıb.
Etirazçılar bildiriblər ki, yolun çəkilişi ilə bağlı işlər yayın əvvəlinə qədər başa çatdırılmalı idi.