Azərbaycanda acınacaqlı VƏZİYYƏT: Sakinlər kanalizasiya suyundan istifadə edirlər - VİDEO
Ucar rayonunun Lək kəndinin sakinləri aylardır susuzluqdan əziyyət çəkir.
Azadsəs.az xəbər verir ki, bununla bağlı “Xəzər” TV sujet hazırlayıb.
Bildirilib ki, susuzluqdan əziyyət çəkən sakinlər kəndin yaxınlığından keçən pis qoxulu sudan istifadə edirlər. Sakinlər deyirlər ki, kənd ərazisindən keçən və hazırda istifadə etdikləri su çox pis vəziyyətdədir. Onların sözlərinə görə, o qədər zəhərlidir ki, hətta suda olan bütün canlılar məhv olub.
Məsələ ilə bağlı “Xəzər Xəbər” əməkdaşları Ucar suvarma sitemləri idarəsində olub. İdarənin əməkdaşı Asif Orucov bildirib ki, kənd sakinləri çirkab su axan kanalın suyundan istifadə etməsinlər. Çünkü ora kanalizasiya suları axıdılır. İdarədən o da deyilib ki, yaxın günlərdə kəndə suvarma suyu veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: